Topalov Həşimovdan aralandı
20.02.2010 - 01:08
Azərbaycan şahmatçısı Vüqar Həşimov İspaniyada təşkil olunan “Linares-2010” superturniri çərçivəsində 6-cı oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı zəka sahibi ikinci dövrənin ilk turunda israilli Boris Qelfandla qüvvəsini sınayıb.
Ağ fiqurlarla oynayan Həşimov turnirin açılışında da Qelfandla görüşmüşdü və heç-heçəyə razılaşmışdı. Bu dəfə də tərəflər yarım xalla kifayətlənib. 37-ci gedişdə “sülh”ə razılaşan rəqiblər hesablarına daha 0,5 xal artırıblar.
VI tur
Vüqar Həşimov (2759) - Boris Qelfand (İsrail, 2761) – 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2805) - Fransisko Valyexo (İspaniya, 2705) - 1:0
Aleksandr Qrişuk (Rusiya, 2736) - Levon Aronyan (Ermənistan, 2781) – 0,5:0,5
Turnir cədvəli: 1.Topalov 4,5 xal; 2-4. Qrişuk, Həşimov, Aronyan 3 xal; 5. Qelfand 2,5. 6. Valyexo 2

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0