Şəhriyar Məmmədyarov oyun satıb!?
22.02.2010 - 17:53
Rusiyanın paytaxtı Moskvada keçirilən blits üzrə dünya çempionatının seçmə mərhələsi maraqlı sonluqla başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirə qatılan Azərbaycanın 6 şahmatçısından yalnız biri - Rauf Məmmədov ilk “altılığ”a düşərək, dünya çempionatına vəsiqə qazanıb. Onun bu uğuru əldə etməsində yığmamızın digər üzvü, seçmə mərhələnin reytinq favoriti Şəhriyar Məmmədyarovun (2741) da əməyi keçib.
Məsələ burasındadır ki, yarışın sonuncu, 9-cu turunda Şəhriyarla Rauf qüvvəsini sınayıb. İlk “altılığ”a düşmək şansının olmadığını görən Məmmədyarov hər iki partiyada uduzaraq, Məmmədova 2 xal verib. Rauf məhz bu xalların sayəsində 4-cü yeri tutub. Halbuki, Şəhriyar digər “duel”lərdən minimum 1 xalla ayrılıb. O, hətta Raufdan güclü zəka sahiblərinə uduzmayıb və onlarla xalları yarı bölüb.
Beləliklə, Rauf Məmmədov 18 mümkün xaldan 13-nü toplayaraq, həm dünya çempionatında iştirak hüququna yiyələnib, həm də 2500 avro pul mükafatı qazanıb. 156 şahmatçının mübarizə apardığı seçmə mərhələdə digər təmsilçilərimiz Şəhriyar Məmmədyarov 36-cı (10,5 xal), Eltac Səfərli 56-cı (10 xal), Vasif Durarbəyli 66-cı (9,5 xal), Gülnar Məmmədova 129-cu (7 xal), Ülvi Bacarani isə 133-cü (6,5 xal) pillədə qərarlaşıb.
Blits üzrə dünya çempionatı bu ilin noyabrında Moskvada keçiriləcək.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0