Türkiyə yığması Bakı səfərinə Macarıstanda hazırlaşır
24.02.2010 - 11:13
Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın Tata şəhərinə təlim-məşq toplanışına yollanıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 12 gün davam edəcək toplanış apreldə Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Yığmanın baş məşqçisi Salih Bora bildirib ki, qarşıdakı çempionata ciddi önəm verdikləri üçün Macarıstanda hazırlıq keçmək qərarına gəliblər. Təlim-məşq toplanışında hər çəkidə 2 və ya 3 idmançı olmaqla ümumilikdə 18 pəhləvan iştirak edir. Bora Tataya belə geniş heyət aparmasını seçimlərə çox diqqətlə yanaşması ilə əlaqələndirib.
Təlim-məşq toplanışı başa çatdıqdan sonra Türkiyə yığması Macarıstanın digər şəhəri - Szombateliyə gedərək, Qran-Pridə mübarizə aparacaq.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0