Vankuverdə qalmaqal: hokkeyçidən gənc qıza zor
25.02.2010 - 17:26
Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında növbəti qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, xoşagəlməz olayların qəhrəmanı hokkey üzrə Rusiya milli komandasının aparıcı oyunçusu Aleksandr Oveçkin olub. O, okeanın o tayına yollanaraq, sevimli komandasını dəstəkləyən xanım azarkeşlərdən birinə qarşı vəhşilik etməkdə günahlandırılır.
Digər azarkeşlərlə birlikdə Kanadadakı “Rus evi”nin dəhlizində hokkeyçiləri gözləyən qızcığaz Oveçkinin sərt rəftarının qurbanına çevrilib. Xanımın əlində videokameranı görən ağır çəkili (çəkisi 100 kiloqramdan artıq) idmançı qızın üzərinə hücum çəkib. “Nəyi çəkirsən?” dedikdən sonra ağır söyüş söyən Oveçkinin güc fəndindən sonra isə kamera qırıq-qırıq olub. Rus gözəlçə isə xırda zədələr alıb və göyərmələrlə canını qurtarıb.
Qeyd edək ki, Rusiya yığması 1/4 finalda Kanadaya 3:7 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0