Rikelmeyə niyə həsəd aparırlar? - FOTOSESSİYA
02.03.2010 - 18:32
Argentina yığmasının sabiq üzvü Xuan Roman Rikelme təkcə futbol oynaması ilə deyil, həm də öz zövqü ilə nəyə qadir olduğunu sübut edib. Apasport.az saytının məlumatına görə, “Boka Xuniors” klubunun 32 yaşlı yarımmüdafiəçisi Cənubi Amerikanın ən gözəl xanımlarından biri ilə eşq macərası yaşayır.
Bu səbəbdən əksər həmkarlarının həsəd apardığı Rikelme Yessika Toskanini ilə münasibətləri ilə öyünə bilər. Açıq-saçıq şəkilləri ilə milyonların qəlbini fəth edən 24 yaşlı fotomodel məşhur sevgilisindən geri qalmamağa çalışır. 2006-cı ildə “Sports İllustrated Swinsuit”də peyda olmaqla üzə çıxan Yessika o vaxtdan gündəmi zəbt edib.
Əksər məşhur şirkətlərlə çalışan argentinalı gözəlçə iki il əvvəl “Bahar İntimissimi” mükafatını qazanıb. Onun karyerasına Enrike İqlesiasın klipinə çəkilməsi də xüsusi rəng qatıb. Məşhur musiqiçinin sevgilisi obrazını yaratmaqla aktrisalıq bacarığını da nümayiş etdirib.
Qeyd edək ki, Pekin Olimpiadasının çempionu olan Rikelme “Boka Xuniors”la yanaşı, İspaniya klubları “Vilyarreal” və “Barselona”da da çıxış edib.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0