Rusiya yığmasının baş məşqçisi millimizin düşərgəsində nə gəzir? - FOTOSESSİYA
05.03.2010 - 13:32
Sabah Moskvada sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda iştirak edəcək yığma komandamız dünən ilk məşqinə çıxıb.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 1 saatlıq yüngül məşq ediblər. Yarışa ev sahibliyi edəcək Rusiya yığmasının baş məşqçisi Canpolad Tedeyev komandamızın məşq etdiyi zala gələrək məşqçilər korpusunun nümayəndələri ilə görüşüb. Axşam yeməyindən sonra güləşçilərimiz açıq hava gəzintisinə çıxıblar.
Xatırladaq ki, ölkəmizi bu yarışda Yaşar Əliyev (55 kq), Azər Paşayev (55 kq), Ağahüseyn Mustafayev (60 kq), Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Aqil Quliyev (74 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Nauruz Temrezov (84 kq), Cəmaləddin Maqomedov (96 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev (120 kq), Toxtar Temrezov (120 kq) təmsil edəcək.
Yarışın püşkatma mərasimi bu gün keçiriləcək.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0