Rusiya Dünya Kubokunu Azərbaycan yığmasının əlindən aldı
07.03.2010 - 17:27
Rusiyanın paytaxtı Moskvada keçirilən sərbəst güləş üzrə Dünya Kuboku turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, milli komandamız bu gün Ukrayna üzərində qələbə qazanaraq, yarışı bürünc medalla başa vurub.
Yığmamız qrupda ilk sınağında İrana yenilmişdi. Ardından Özbəkistana şans verməyən güləşçilərimiz qrupda III yer uğrunda ABŞ millisini də üstələyiblər - 6:1.
Bu nəticə ilə komandamız finala yüksəlmək şansı qazansa da, İran Özbəkistanı məğlub edərək, yığmamızı bürünc uğrunda oyuna göndərib. Komandamız burada Ukraynanı 5:2 hesabı ilə yenib.
Qalib adını isə finalda İranı 5:2 hesabıyla məğlub edən Rusiya yığması qazanıb.
Qeyd edək ki, milli komandamız ötən il İranda keçirilmiş analoji yarışda qızıl medala sahib çıxmışdı.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0