Azərbaycanlı həkim xizəklə sürüşərkən itkin düşdü
09.03.2010 - 10:23
Uludağda (Türkiyə) xizəklə sürüşən 35 yaşlı azərbaycanlı Samir Cəfərov itkin düşüb. Lent.az-ın "Haber FX"-a istinadən verdiyi məlumata görə, soydaşımız xizək sürmək üçün qarlı dağlara çıxıb. Lakin o, sürüşərkən istədiyi istiqamətə gedə bilməyib. Təxminən bir kilometr gedəndən sonra azdığını görən S.Cəfərzadə həyəcanlanıb. O, dərhal mobil telefonla yol yoldaşına zəng vuraraq, azdığını bildirib. Azdığı yeri tərk etməyə çəkinən Cəfərzadə xilasedicilərin onu tapmasını istəyib.
Əraziyə 4 motorlu kirşəylə 6 nəfərlik jandarma qrupu cəlb edilib. Onların təxminən bir saatlıq əməliyyatı nəticəsində S.Cəfərovun yeri müəyyənləşdirilib. Əməliyyat zamanı fişənglərdən də istifadə olunub. O, qaldığı otelə gətirilib.
Xilas edilən həmyerlimiz itkin düşən vaxt çox qorxduğunu deyərək, onu xilas edən jandarma qrupuna təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan həkim Samir Cəfərov Bakıdan Uludağa istirahət üçün yollanıb.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0