Yığmamız lisenziya xarakterli dünya çempionatında
18.03.2010 - 11:53
Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, martın 23-də səfərə yollanacaq yığmanın heyətində 10 cüdoçu yer alıb.
Baş məşqçi Əhməddin Rəcəbli Türkiyədə Emin İbrahimov, Ceyhun Muradov (hər ikisi 60 kq), İlkin Alışov (66 kq), Natiq Novruzzadə (73 kq), Rövşən Səfərov (81 kq), Tofiq Məmmədov (90 kq), Xəyal Qəniyev (100 kq), İlham Zəkiyev (+100 kq), eləcə də Afaq Sultanova (57 kq) və Çinarə Rzazadəyə (78 kq) şans verəcək. 25-29 mart aralığında gerçəkləşəcək çempionat 2012-ci il XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli ilk yarış olacaq.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0