Mundial heç-heçələrlə başladı, 2 futbolçu tarixə düşdü - YENİLƏNİB
12.06.2010 - 00:23
Cənubi Afrika Respublikasında (CAR) XIX dünya çempionatını start götürüb. Apasport.az saytının xəbərinə görə, son mundialların ənənəsinə uyğun olaraq, açılış oyununda təşkilatçı ölkənin milli komandası meydana çıxıb.
A qrupunda Meksika yığması ilə CAR arasında baş tutan görüşdə qapılara iki top vurulsa da, qalib müəyyənləşməyib. Özbək hakim Rövşən İrmatovun idarə etdiyi oyunda hesabı meydan sahibləri açıb. 55-ci dəqiqədə Siphive Şabalala meksikalıları cəzalandıraraq, mundialın ilk qolunun müəllifi olub. Amma CAR qələbə hesabını qoruya bilməyib. 79-cu dəqiqədə İspaniya “Barselona”sından tanıdığımız Rafael Markesun dəqiq zərbəsi ilə tarazlıq bərpa edilib.
Qrupun digər qarşılaşmasında da qalib müəyyənləşməyib. Fransa yığması ilə Uruqvay arasındakı oyunda qapılara top vurulmayıb. Cənubi amerikalılar Nikolas Ladeyronun meydandan qovulmasından sonra matçın son 10 dəqiqəsini azlıqda keçirsələr də, Domenekin komandası bundan yararlana bilməyib.
I tur
11 iyun
A qrupu
23:30. URUQVAY – FRANSA - 0:0
QIRMIZI VƏRƏQƏ: Nikolas Lodeyro, 81 (ikinci sarı vərəqə)
Baş hakim: Yuiçi Nişimura (Yaponiya)
Keyptaun. Qrin Point stadionu
URUQVAY: 1. Fernando Muslera, 2. Dieqo Luqano, 3. Dieqo Qodin, 6. Maurisio Viktorino, 16. Maksimiliano Pereyra, 15. Dieqo Peres, 5. Valter Qarqano, 18. İqnasio Qonzales, 11. Alvaro Pereyra, 9. Luis Suares, 10. Dieqo Forlan
FRANSA: 1. Uqo Loris, 2. Bakari Sanya, 3. Erik Abidal, 5. Vilyam Qallas, 13. Patris Evra, 8. Yoann Qyurkuff, 14. Ceremi Tulalan, 15. Floran Maluda, 10. Sidney Qovu, 21. Nikola Anelka, 7. Frank Riberi
------------------------------------------------------------------------------------------------------------------------------
CAR - MEKSİKA - 1:1
QOLLAR: Siphive Şabalala, 55 - Rafael Markes, 79
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
Yohannesburq. Sokker Siti stadionu
CAR: 16. Itumeleng Kune, 2. Siboniso Gaxa, 4. Aaron Mokoena, 20. Bongani Khumalo, 3. Tsepo Masilela, 11. Teko Modise, 13. Kaqisho Dikqacoi, 10. Steven Pienaar, 12. Reneilve Letsholonyane, 8. Siphive Şabalala, 9. Katlego Mpela
MEKSİKA: 1. Oscar Peres, 16. Efrain Xuares, 4. Rafael Markes, 2. Fransisco Rodriges, 3. Karlos Salsido, 6. Jerardo Torrado, 8. İsrael Kastro, 18. Andres Quardado, 17. Covani Dos Santos, 14. Xavyer Ernandea, 11. Karlos Vela
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0