Bosniya və Herseqovina millisinin kapitanı Edin Ceko yığma karyerasını başa vurmağa qərar verib.
Apasport.az xəbər verir ki, 40 yaşlı hücumçu oktyabrın 2-də İsveçə qarşı keçiriləcək UEFA Millətlər Liqasının oyununda sonuncu dəfə milli komandanın formasını geyinəcəyini açıqlayıb.
Ceko qərarını sosial şəbəkədə emosional paylaşım vasitəsilə elan edib. Təcrübəli forvard milli formanı geyinməyin karyerasında yaşadığı ən böyük qürurlardan biri olduğunu bildirib və İsveçlə vida matçında azarkeşlərin də yanında olmasını istəyib.
Bosniyalı futbolçu 2007-ci ildən milli komandada çıxış edir. O, yığmanın tarixində həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçudur.
Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisinin heyətində 151 oyun keçirib və 73 qol vurub.