Qızı olimpiya çempionumuzu qabaqladı
14.06.2010 - 23:07
İtaliyanın Lenato şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, 7 idmançı ilə təmsil olunduğumuz yarışda hədəf önünə Olimpiya çempionumuz Zemfira Meftahəddinova, onun qızı Regina Meftahəddinova və Nurlana Cəfərova keçiblər.
Maraqlıdır ki, skit növündə mübarizə aparan snayperlərimizdən ən yaxşı nəticəni gənc atıcımz Regina göstərib. O 21-ci yeri tutub. 22 ay yarışlardan kənarda qalan Olimpiya çempionumuzun qızından 4 pillə geri qalıb. Dünya Kubokunda qüvvəsini sınayan digər atıcımız Cəfərova isə 28-ci olub.
Xatırladaq ki, kişilər arasında trap növündə Elçin Babayev və Elvin İsmayılov müvafiq olaraq, 135 və 138-ci yerləri tutublar.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0