Rövşən İngiltərə yığması ilə görüşə göndərildi
15.06.2010 - 10:00
FİFA DÇ-2010-un II turun bir sıra oyunlarına hakim təyinatlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, CAR və Meksika yığmaları arasında açılış oyununu idarə etmiş özbəkistanlı Rövşən İrmatov yenə etimad qazanıb. İdarəçiliyi yaxşı hesab olunan 32 yaşlı referi bu dəfə İngiltərə və Əlcəzair yığmaları arasında görüşün baş hakimi təyin olunub. II turda Massimo Buzakka (İsveçrə) CAR – Uruqvay, Həlil Əl-Qəmdi (Səudiyyə Ərəbistanı) Fransa – Meksika, Oskar Xulian Ruis Akosta (Kolumbiya) Yunanıstan – Nigeriya, Frank de Blekere (Belçika) Argentina – Cənubi Koreya, Koman Kulibali (Mali) ABŞ – Sloveniya, Alberto Undiano Malyenka (İspaniya) Almaniya – Serbiya, Roberto Rozetti (İtaliya) Qana - Avstraliya görüşünü idarə edəcək. II turun qalan oyunlarına təyinatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, İrmatov milli komandamızın Özbəkistan yığması ilə bir neçə yoldaşlıq görüşünü idarə edib.
Qeyd edək ki, İrmatov milli komandamızın Özbəkistan yığması ilə bir neçə yoldaşlıq görüşünü idarə edib.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0