24 illik seriya qırıldı
19.06.2010 - 10:15
Almaniya yığmasının 24 illik seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Bundestim 1986-cı ildən bu yana dünya çempionatının final mərhələsində qrupda uduzmurdu.
Almanlar həmin vaxt Meksikada keçirilən (13 iyun 1986-cı il) mundialda Danimarka yığmasına 0:2 hesabı ilə uduzublar. Berti Foqtsun həmyerlilərini 24 ildən sonra qrupda yenən (1:0) Serbiya oldu. Maraqlıdır ki, almanlar mundial tarixində ilk dəfə qol vurmadan Yuqoslaviyaya uduzub.
Məlum olduğu kimi, Serbiya uzun illər tərkibində olduğu Yuqoslaviyanın varislərindən biridir. Bundestim 19 dəfə uduzduğu final mərhələlərində 7 dəfə qol vurmadan yenilib.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0