Anelka Fransa milli komandasından qovuldu
19.06.2010 - 23:23
İngiltərənin “Çelsi” klubunun futbolçusu Nikolya Anelka Fransa milli komandasından qovulub. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, belə sərt cəzaya hücumçunun yığmanın baş məşqçisi Raymon Domeneki təhqir etməsi səbəb olub.
İnsident iyunun 17-də Fransa yığmasının Meksika ilə keçirdiyi dünya çempionatı matçının fasiləsində baş verib. Domenekin tənqidlərinə cavab olaraq, Anelka baş məşqçini “Va te faire enculer sale fils de pute” deyə təhqir edib. Bu ifadənin azərbaycanca tərcüməsi yazılası deyil. Sadəcə, onu demək olar ki, futbolçu baş məşqçidən “harasa” getməsini istəyib.
Bu sözlərindən sonra 31 yaşlı forvard Pyer-Andre Jinyakla əvəzlənib. Bu gün isə Anelkanın komandadan qovulduğu məlum olub. Fransa Futbol Federasiyasının vitse-prezidenti Noel Le Qre qərardan şoka düşdüyünü bildirib: “İlk günlərdən Anelkanı müdafiə edən bir nəfər var idisə, bu, elə Domenekin özü idi”.
Qeyd edək ki, Meksika ilə görüşdə Fransa yığması 0:2 hesabı ilə uduzaraq, 1/8 finala vəsiqə şanslarını çətinləşdirib. Oyunda qollar isə məhz ikinci hissədə vurulub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0