Dunqa: Belə hakimlə gözəl futbol olar?
21.06.2010 - 09:20
“Oyunun hakimi çoxlu səhvlərə yol verdi. Futbol tamaşasına rəhbərlik edənlər onun qaydalarını bilməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya milli komandasının baş məşqçisi Dunqa deyib.
Dünya çempionatının final mərhələsinin ikinci turunun Kot D’İvuarla qarşılaşmasından sonra fikirlərini açıqlayan 47 yaşlı mütəxəssis görüşün hakimlərindən narazılığını gizlətməyib. Dunqa Braziliya mətbuatının məzmunsuz oyuna görə tənqidlərinin də əsassız olduğunu bildirib: “Azarkeşlər bizdən gözəl oyun tələb edir. Lakin belə hakimliklə bu mümkün deyil. Kakanın birinci sarı vərəqəsi düzgün göstərilmişdi. Hakimə təşəkkür edirəm, mənim əvəzimə futbolçumun səhvini göstərdi”.
Dunqa 3:1 hesablı qələbənin heç də asan əldə olunmadığını bildirib: “Oyun həm taktiki, həm fiziki cəhətdən ağır keçdi. Meydanda çoxlu güc futbolu var idi. Bunun nəticəsində də saysız-hesabsız top itkiləri müşahidə olunurdu. Kot D’İvuarın əsas üstünlüyü sürətdədir. Onlar Portuqaliya ilə matçda müdafiədən oynayıb, rəqibin səhvini gözləyirdilər. Biz bunu təhlil edib, özümüz də səhvsiz oynadıq. Bütün komandamız tərifə layiqdir. Luis Fabiano isə sadəcə, fenomenal oyun göstərdi”.
Qeyd edək ki, Braziliya – Kot D’İvuar matçının fransız hakimi Stefan Lannua iki sarı vərəqə göstərdiyi Kakanı qovmaqla, pentakampeonları azlıqda qoyub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0