FİFA Dunqadan şikayət etdi
21.06.2010 - 23:45
FİFA Braziliya Futbol Konfederasiyasına ölkə millisinin baş məşqçisi Dunqadan şikayət edib. Apasport.az saytının xəbərinə görə, buna səbəb Dunqanın Cənubi Afrikadakı dünya çempionatında kütləvi informasiya vasitələrinin mənsublarına "pentakampeon"ların məşqlərini izləməyə və futbolçularla söhbət etməyə icazə verməməsidir.
Dunqa jurnalistlərə komandanın isitmə hərəkətlərini izləmək üçün cəmi 15 dəqiqə vaxt ayırıb. Vaxt tamam olan kimi onlardan ərazini tərk etmək xahiş edilib. Bir neçə gün əvvəl isə baş məşqçi FİFA-nın çəkiliş qrupuna braziliyalı oyunçularla material hazırlamağa icazə verməmişdi.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0