“Barselona”nın hücumçusu “Real”dakı rəqibindən əl çəkmir
30.06.2010 - 08:32
Dünya çempionatının final mərhələsinin bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin Portuqaliya ilə qarşılaşmasında İspaniya yığmasının yeganə qoluna imza atan David Vilya ən sərrast futbolçuların liderlərinə çatıb.
“Barselona” klubunun yeni transferi “Real”da çıxış edən argentinalı Qonsalo İquain və karyerasını Türkiyənin “Ankaragücü” klubunda davam etdirən slovakiyalı Robert Vittek kimi 4-cü dəfə qol sevinci yaşayıb. “Qızıll buts” iddiasında olan bu 3 hücumçudan yalnız Vittek qol sayını artıra bilməyəcək. Buna onun komandasının mübarizəni dayandırması səbəb olub.
Liderləri hərəyə 3 qol vuran 5 futbolçu izləyir. Onlardan biri - Landon Donavanın (ABŞ) şərəfini qoruduğu ABŞ yığması mübarizəni dayandırıb. Yəni, o, da Vittek kimi qol sayını artıra bilməyəcək. Digər oyunçuların - Tomas Müller (Almaniya), Asamoa Qyan (Qana), Luis Suarez (Uruqvay) və Luis Fabianonun (Braziliya) isə liderlərə çatmaq və onları bombardirlik yarışından kənarlaşdırmaq şansları yüksəkdir.
Qeyd edək ki, CAR-dakı mundialın başa çatmasına cəmi 8 oyun qalıb.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0