Yığmamız Polşa komandası ilə oyuna qələbə əhval-ruhiyyəsində çıxacaq
02.07.2010 - 08:56
Rusiyanın paytaxtı Moskvada şahmat üzrə beynəlxalq “Vladimir Dvorkoviç kuboku” start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda əsasən gənclərdən ibarət olan Azərbaycan yığma komandası ilə bərabər, Rusiya, (2 komanda ilə), Çin, Polşa, Ermənistan, Ukrayna və Belarusun yığma komandaları qüvvəsini sınayır.
İlk turda şahmatçılarımız turnirin reytinq favoriti rusiyalı həmkarları ilə üz üzə gəliblər. Birinci oyunda tərəflər görüşü sülhlə yekunlaşdırsalar da (2:2), cavab qarşılaşmasında komandamız qələbə qazanıb (2,5:1,5).
Bu gün keçiriləcək görüşdə rəqibimiz Polşa millisi olacaq.
Qeyd edək ki, Azərbaycan yığma komandasının heyətində Nicat Abasov, Ülvi Bacarani, Misrəddin İsgəndərov və Səbinə Quliyeva yer alıblar. Reqlamentinə əsasən, hər ölkə gündə bir-biri ilə 2 oyun keçirir.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0