Atletimiz Avropa çempionatında bürünc medal qazandı
02.08.2010 - 09:20
İspaniyada keçirilən atletika üzrə Avropa çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda 5 atletlə qüvvəsini sınayan Azərbaycan yığma komandasının qazancı 1 bürünc medal olub.
Komandamızda kişilər arasında 5000 metr məsafəyə qaçışda Hayle İbrahimov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Milliləşdirilmış legionerimiz bu məsafəni 13:34,15 dəqiqəyə qaçıb.
Qadınlar arasında 3000 metr məsafəyə qaçışda finala yüksələn Layeş Abdullayeva isə (9:34,75) 6-cı yerlə kifayətlənib.
Qeyd edək ki, Barselonada 50 ölkənin qatıldığı Avropa çempionatında Azərbaycan yığması komanda hesabında 25-27-ci yerləri bölüşüb.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0