“Qalatasaray” Viktor Nelsonla yollarını ayırdı - RƏSMİ
03.09.2026 - 00:19
“Qalatasaray” Viktor Nelsonla yollarını ayırdı - RƏSMİ

“Qalatasaray” danimarkalı müdafiəçi Viktor Nelsonla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 27 yaşlı futbolçunun müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Viktor Nelson “Qalatasaray”ın heyətində çıxış etdiyi 144 oyunda 4 qol vurub.