Kifayət Qasımova: İstirahət etmək yadımızdan çıxıb
11.08.2010 - 14:15
“Dünya çempionatına ciddi hazırlaşıram. Əsas məqsədim bu yarışda maksimum xal toplamaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının üzvü Kifayət Qasımova deyib.
Türkiyədə keçirilən beynəlxalq turnirdən yenicə qayıdan xanım idmançımız hazırlığı İsmayıllıda davam etdirir: “Türkiyədə Ramilə Yusubova ilə birlikdə beynəlxalq təlim-məşq toplanışında iştirak etdik. Hazırlıq çox yüksək səviyyədə keçdi. Tokioda təşkil ediləcək dünya çempionatında medal qazanmaq üçün hazırda yığma ilə məşq edirik. Zədə problemim arxada qalıb. Çalışıram ki, növbəti yarışlarda uğurlu iştirak edərək London Olimpiadasına daha yüksək xal toplayım”.
57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Qasımova İngiltərə paytaxtına yollanmaq üçün istirahət etmir. O, dünya çempionatı və dünya kubokunda uğurlu çıxış edəcəyi halda dincəlməyi planlaşdırır: “Olimpiya Oyunlarına lisenziya yarışları başladığından, istirahət etmək yadımızdan çıxıb. Lakin dünya çempionatında və Bakıda keçiriləcək dünya kubokunda lazımı xalları toplasam istirahət barədə fikirləşmək olar. Düzdür, bunlardan sonra da yarışlar var. Lakin xal ehtiyatı çox olduqda bunların 1-2-sini buraxmaq olar”.
Qeyd edək ki, Qasımovanın hazırda 252 lisenziya balı var və 57 kq çəki dərəcəsində 23-cü yerdədir.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0