Azərbaycan Ermənistan KİV-inin daha bir təxribatını ifşa edib
24.08.2010 - 14:48
Azərbaycanın Qazaxıstandakı səfirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələrinin internet səhifələrində Qazaxıstanın Uralsk şəhərində keçirilmiş sambo üzrə beynəlxalq yarışda qondarma “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşı Aşot Danielyanın qalib gəlməsinə dair məlumatla əlaqədar müvafiq araşdırma aparıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirlikdən bildirilib ki, Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyindən əldə edilmiş məlumata əsasən, Aşot Danielyanın yarışda Ermənistan bayrağı altında Ermənistan Respublikasını təmsil etdiyi və yarışma barədə məlumatın Qazaxıstanın rəsmi westkaz.kz saytında yerləşdirildiyi məlum olub.
Yarışma barədə daha ətraflı məlumat:
http://www.westkaz.kz/?action=fnews&pid=3500§ion=&module=xnews〈=ru
unvanından alına bilər.
Qeyd edək ki, saytda da Danielyan Ermənistan vətəndaşı kimi təqdim edilib.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0