4 medalla ikinci yer
25.08.2010 - 10:32
Çeçenistanda keçirilən boks üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 15 ölkənin 110-dan artıq idmançısının mübarizə apardığı yarışda Azərbaycan komandası 4 medal qazanıb.
Boksçularımızdan ən yaxşı nəticəni 48 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Qasımov qazanıb. Yığmamızın “2 nömrəsi” turnirdə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, Namiq Hüseynov (57 kq), Ramal Amanov (64 kq), Rahib Bəylərov (75 kq) və Hafiz İsgəndərov (91 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, yarışda Azərbaycan 11 idmançı təmsil olunub və komanda hesabında ikinci yeri tutub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0