Azərbaycan - qitədə 6-cı, dünyada 11-ci!
26.08.2010 - 16:29
Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 205 ölkədən 3600 idmançının qatıldığı yarış Azərbaycan yığması üçün uğurla başa çatıb.
Belə ki, 12 nəfərlə Olimpiadada iştirak edən komandamız medal qazanan ölkələrin siyahısında 11-ci yeri tutaraq, ABŞ, Almaniya, Böyük Britaniya və digər aparıcı idman ölkələrini qabaqlamağı bacarıb.
Müqayisə üçün bildirək ki, yığmamız keçmiş SSRİ ölkələrindən yalnız Rusiya və Ukraynadan geri qalıb. Ermənistan isə yarışda çempionluq sevinci yaşamayıb. Onlar 1 gümüş və 3 bürünc medalla 68-ci olublar.
Komandamız Avropa ölkələri arasında isə 6-cı nəticəni göstərib. İdmançılarımızı Rusiya, Ukrayna, İtaliya, Macarıstan və Fransa milliləri qabaqlayıblar.
Medal qazanan ölkələr arasında 1-ci yeri Çin atletləri tutublar. Onlar 30 qızıl, 16 gümüş və 5 bürünc medala sahib olublar. 45 medal (19 qızıl, 15 gümüş və 11 bürünc) qazanan Rusiya ikinci, 20 dəfə fəxri kürsüyə yüksələn (11 qızıl, 5 gümüş və 4 bürünc) Cənubi Koreya yığması isə üçüncü olub.
Qeyd edək ki, Olimpiadada milli komandamızın heyətində Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq), Əli Maqomedabirov (100 kq) qızıl, Kənan Quliyev (54 kq), Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) gümüş medala yiyələniblər.

Ölkələr | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1. Çin | 30 | 16 | 5 | 51 |
2. Rusiya | 19 | 15 | 11 | 45 |
3. Cənubi Koreya | 11 | 5 | 4 | 20 |
4. Ukrayna | 10 | 9 | 14 | 33 |
5. Kuba | 9 | 3 | 2 | 14 |
6. Avstraliya | 8 | 13 | 8 | 29 |
7. Yaponiya | 8 | 5 | 3 | 16 |
8. İtaliya | 6 | 9 | 5 | 20 |
9. Macarıstan | 6 | 4 | 6 | 16 |
10. Fransa | 6 | 2 | 7 | 15 |
11. AZƏRBAYCAN | 5 | 3 | - | 8 |
12-13. Almaniya | 4 | 9 | 9 | 22 |
12-13. ABŞ | 4 | 9 | 9 | 22 |
14. Tailand | 4 | 3 | - | 7 |
15. Böyük Britaniya | 4 | 1 | 5 | 10 |
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0