“Bizim bu nailiyyət çoxlarında təəccüb doğurdu”
28.08.2010 - 13:53
“Yığmamızın Sinqapurda keçirilən Olimpiadada göstərdiyi nəticə tarixi uğurdur. Bu təkcə Azərbaycan yox, dünya səviyyəsində böyük göstəricidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
O, Yeniyetmələrin Sinqapurda keçirilən I Yay Olimpiya oyunlarında uğurla çıxış edən Azərbaycan yığmasının nailiyyətinə yüksək qiymət verib: “Cəmi 12 idmançımız 8 medal qazanmağa nail oldu. Bizim bu nailiyyət çoxlarında təəccüb doğururdu. Hətta başqa ölkələr də bizi bu uğur münasibətilə təbrik edirdilər. Bu təkcə idmançılarımız yox, bütün xalqımızın qələbəsidir. Təbii ki, bu uğurda əsas pay sahibi möhtərəm prezidentimiz İlham Əliyevdir. Onun qayğısı sayəsində idmanımız günü-gündən inkişaf edir. Bu günün yeniyetmələri sabahın olimpiyaçılarıdır. Qarşıdakı olimpiadalarda nailiyyətimizi daha da yaxşılaşdıracağıq”.
Qeyd edək ki, Azərbaycan milli komandası olimpiadada 5 qızıl və 3 gümüş medal qazanıb.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0