Xəzər İsayev: Onlar güclü olduqlarını sübut etdilər
28.08.2010 - 16:32
“Bu, Azərbaycan xalqının qələbəsidir. 12 idmançının 8 medal qazanması çox gözəl nailiyyətdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, dünya çempionu Xəzər İsayev deyib.
O, Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının çıxışını yüksək qiymətləndirib və bu uğurun davamlı olacağına inandığını bildirib: “Sinqapurda yığmamız gözəl çıxış etdi. Onlar Olimpiadada aparıcı idman ölkələrini geridə qoyaraq, güclü olduqlarını sübut etdilər. Bir sözlə, idmançılarımız yarışda bütün bacardıqlarını ortaya qoydular və nəticədə inamlı qələbə qazandılar”.
Qeyd edək ki, avqustun 14-26-da Sinqapurda keçirilən Olimpiadada milli komandamız 5 qızıl və 3 gümüş medal qazanıb.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0