Olimpiya çempionumuz: Məşqçimə və atama borcluyam
28.08.2010 - 17:00
“Mən və komanda yoldaşlarım Azərbaycan bayrağını yüksəklərə qaldırdığımız üçün çox şadam. Sevincimin həddi-hüdudu yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasına qızıl medal qazandıran Nicat Rəhimov deyib.
Ağır atletika növü üzrə 69 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olan Rəhimov yalnız son çəkidə bir az çətinliklə üzləşdiyini bildirib: “Axırıncı yanaşmada çəkini qaldıra bilməyəcəyim halda da birinci olacaqdım. Çünki buna kimi hamıdan önə keçmişdim. Lakin bir az çətinliklə də olsa həmin çəkini ram etdim. Bununla da bütün rəqiblərimə onlardan güclü olduğumu bir daha göstərdim. Qələbəmə görə məşqçimə və atama borcluyam”.
Qeyd edək ki, Rəhimov Olimpiadada birdən qaldırmada 134 kq, təkanla 161 kq çəkini başı üzərinə qaldırıb. Hər iki yanaşmada bütün rəqiblərini qabaqlayan atletimiz ümumi nəticədə 295 kq çəkinin öhdəsindən gəlib. O, Valensiyada keçirilən son dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0