Manuel Noyer: Azərbaycanı 87 yox, 100 faiz udmalıyıq
06.09.2010 - 11:08
“Azərbaycan yığması ən azı asan rəqib deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının qolkiperi Manuel Noyer deyib. Almaniyalı qapıçı Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə sentyabrın 7-də keçiriləcək görüşü ərəfəsində qarşılaşam haqda fikirlərini açıqlayıb: “Bu günlərdə mən bir tennis mütəxəssisi ilə söhbət edirdim. O, mənə izah edir ki, Rocer Federerə dünyanın 150-ci tennisçisinə qarşı oynamaq nə qədər çətindir. Çünki Federer bu görüşə yaxşı köklənə bilmir. Bu səbəbdən də rəqibinin qalib gəlmək şansı yaranır”.
Noyer Almaniya yığmasının qələbəsini 87 faizlə dəyərləndirən bukmekerlərlə də razı deyil: “Mən riyaziyyatçı-zad deyiləm ki... Mən onu bilirəm ki, Azərbaycanı 87 yox, 100 faiz udmalıyıq”.
Feliks Maqatın dünyanın ən yaxşı qapıçısı hesab etdiyi Noyer planetin “1 nömrə”si olmağa çalışır: “Belə komplimentləri sizdən eşidirəm. Bu, mənə bir az qəribə gəlir. Lakin nəzərə almalıyıq ki, Maqat mənim klubdakı məşqçimdir. Mattias Zammer də ən yaxşı qapıçı ola biləcəyimi söyləyirdi. Mən də dünyanın ən yaxşı qapıçısı olmaq istəyirəm. Bunun üçün də düzgün yoldayam”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0