Rəşad Sadıqov: Almaniya ilə matçın tam fərqli olmasını istəyirik
06.09.2010 - 16:44
“Avropa çempionatının seçmə mərhələsində ilk görüşümüzü Almaniyaya qarşı keçirəcəyik. Rəqibin oyunlarını izləmişik, bilirik ki, çox güclü komandadır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqov deyib.
Millimizin kapitanı bu gün Köln şəhərindəki “Holidey İnn” otelində təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Onun fikrincə, komandamız sabah Bundestimlə qarşılaşmada ən əsası yaxşı oyuna üstünlük verəcək: “Bu görüşün tam fərqli olmasını istəyirik. Nəticədən yox, oyun baxımından. Yaxşı oynamaq lazımdır ki, bu, gələcəkdə çıxışımıza təsir etsin”.
Sadıqov, həmçinin bildirib ki, Berti Foqtsun gəlişindən sonra millidə irəliləyiş var: “Düzdür, Foqts yeni gələndə bir az çətinliklə qarşılaşdı. Getdikcə bizim futbola uyğunlaşır. Köməyini bizdən əsirgəmir. Bir az da oyun fərqlidir, indi daha inamlı oluruq. Məşqçidən çox şey asılıdır. Yığmamızda Foqts kimi adlı-sanlı məşqçini olması, bizim üçün də yaxşıdır. Bizə müasir Avropa futbolu öyrətmək istəyir”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0