Bernd Ştork: Biz Azərbaycan yığmasını qabaqlamalıyıq
07.09.2010 - 10:04
“Qarşımızda duran vəzifə bu il minimum 3 xal yığmaqdır. Mənim müqaviləm isə bu ilin sonunda bitir. Əgər seçmə mərhələnin strategiyası haqda danışsaq, biz Azərbaycan yığmasını qabaqlamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork deyib.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə bir qrupa düşən qazaxlar startda evdə Türkiyə yığmasına böyük hesabla uduzub - 0:3.
Ştorkun komandasının yığmamızla oyunları gələn il baş tutacaq. Ancaq alman mütəxəssisin Qazaxıstan Futbol Federasiyası ilə imzaladığı müqavilənin bu ilin sonunda bitdiyini və qurumun rəhbərliyinin həmin müddətdə ən azı 3 xal tələb etdiyini nəzərə alsaq, bizimlə görüşə qədər baş məşqçi dəyişikliyi ola bilər: “Mən 2008-ci ildən komandadayam. İndi gənc komandam var. Mənə onlarla işləmək çox xoşuma gəlir. Bizdə Rusiya və Almaniya klublarından futbolçular var. Biz inkişaf edirik və bu məni sevindirir”.
Qeyd edək ki, Qazaxıstan Avro-2008-nin seçmə mərhələsində yığmamızla bir qrupda yer aldığı zaman onu qabaqlamışdı.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0