Mahmut Özgener: Bakıda nəticə qazansaq, daha rahat danışa biləcəyik
07.09.2010 - 13:00
“Seçmə mərhələyə yaxşı başlamaq çox önəmlidir. Ancaq iki oyunda 6 xal qazansaq belə, bu haqda çox danışmamaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgener deyib.
Azərbaycan milli komandasına Avro-2012-nin seçmə mərhələsində rəqib olan qardaş ölkənin təmsilçisi gələn ay ölkəmizə səfər edəcək. Özgenerin fikrincə, Bakıda asan qələbəyə ümid etmək düzgün olmazdı: “Çətin qrupa düşmüşük. Bundan sonra da asan oyunlar oynamayacağıq. Hədəfimiz Avro-2012-nin final mərhələsinə qatılmaqdır. İlk iki oyunda 6 xallıq hədəfimizə çata bilsək, oktyabrdakı oyunları düşünməyə başlayacağıq. Onlardan da istədiyimiz nəticələri aldığımız təqdirdə, daha rahat danışa biləcəyik. Belçika yığması ilə ev oyunu çox əhəmiyyətlidir. Belçika futbolda yüksələn bir ölkədir. İnşallah, qazanan biz olarıq”.
Qeyd edək ki, Türkiyə yığması seçmə mərhələyə Qazaxıstan yığması üzərində səfərdə böyük hesablı qələbə (3:0) ilə başlayıb. “Ay-ulduzlar” oktyabrın 8-də Almaniya millisi, 12-də yığmamızın qonağı olacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0