Berti Foqts: Mən komandadan başqa oyun gözləyirdim, amma alınmadı
08.09.2010 - 01:01
“Almaniyalıları qələbə münasibətilə təbrik edirəm. Sözsüz ki, bugünkü səhvləri təhlil edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Avro-2012-nin seçmə mərhələsindəki ilk oyununda Almaniya yığmasına 1:6 hesabı ilə uduzan komandamızın çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında fikirlərini açıqlayıb: “İki müdafiəçimiz oynamırdı. Bilirdik ki, çətin olacaq. Çünki biz dünyanın ən güclü komandasına qarşı oynayırdıq. Bir ildən sonra Bakıda almanlara qarşı tam fərqli çıxış edəcəyik. Ramzan ayı olsa da, bunun oyuna hec bir təsiri olmadı. 3 qolu əlavə vaxtda buraxdıq. Özümüz isə səfərdə qol vurduq. Mən komandadan başqa oyun gözləyirdim, amma alınmadı. Komandada çətinlik var. Çalışacağıq buraxdığımız səhvləri təkrarlamayaq”.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0