Vaqif Cavadov alman futbolçunu kor edib
08.09.2010 - 11:28
Almaniya yığmasının müdafiəçisi Per Mertezakerin Azərbaycan milli komandası ilə Avro-2012-nin seçmə mərhələ oyununda aldığı zədə ciddi olub.
Apasport.az saytının məlumatına görə, Bundestimin aparıcı futbolçusu görüşün 7-ci dəqiqəsində hücumçumuz Vaqif Cavadovun dirsəyi ilə sifətinə vurduğu zərbədən sonra oyunu davam etdirə bilməyib və xəstəxanaya aparılıb. Almaniya yığmasının baş məşqçisi Mertezakerin gözündə problemin olduğunu bildirib: “Perin sol gözünün altı yaralanıb. Tam şişən həmin gözü ilə demək olar ki, görmür. Mertezakerin oynadığı “Berder”ə Almaniya çempionatının növbəti turunda kömək edə biləcəyini bilmirəm”.
Qeyd edək ki, Mertezakeri əvəzləyən mərkəz müdafiəçi Hayko Vestermann 6:1 hesabı ilə qələbə qazandıqları oyunda hesabı açıb.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0