Tuncay Şanlı: Azərbaycanla oyunda bunun əvəzini çıxacağıma əminəm
09.09.2010 - 12:33
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Türkiyə milli komandasının futbolçusu Tuncay Şanlı azarkeşlərə söz verib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” formanı geyinən yarımmüdafiəçi Avropa çempionatının final mərhələsinə yüksələcəklərini bildirib.
Belçikaya qarşı gözlənilən oyunu nümayiş etdirə bilməyən Şanlı növbəti görüşlərdə bunun əvəzini çıxmaq istəyir: “Əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq. Amma bu görüşdə oyunumu bəyənmədim. Həmin vaxt şans məndən üz döndərmişdi. Növbəti oyunlarda isə bunun əvəzini çıxacağıma əminəm. Çünki Almaniya və Azərbaycanla görüşlərdə komandamızı yalnız qələbə qane edəcək. Bizim ilk hədəfimiz final mərhələsinə yüksəlməkdir. Bunun üçün isə gücümüz var”.
Qeyd edək ki, Türkiyə yığması Avro-2012-nin seçmə mərhələsində keçirdiyi hər 2 oyunu qələbə ilə başa vurub.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0