Almaniya yığması üçün yeni rəqib
17.09.2010 - 09:00
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparan Almaniya yığması yoxlama oyunu üçün daha bir rəqib tapıb. Apasport.az saytının məlumatına görə, Yoahim Lövün yetirmələri Avstraliya millisini sınağa çəkməli olacaq. Almaniya Futbol İttifaqının rəhbərliyi Bundestimin “Yaşıl qitə” təmsilçisini sınağa çəkməyə razılıq verib.
Bu məsələdə avstraliyalıları alman mütəxəssis Holger Osiyekin çalışdırmağının da rolu olub. Rəqibimiz bu yoxlama oyununu martın 29-da keçirəcək. Mönhenqladbaxda keçiriləcək görüşün iştirakçıları yayda CAR-da təşkil olunan dünya çempionatının final mərhələsində də üz-üzə gəlmişdilər. Həmin vaxt rəqibimiz 4:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, sentyabrın 7-də Kölndə Almaniyaya 1:6 hesabı ilə uduzan yığmamızın bu komanda ilə ikinci oyunu gələn il iyunun 7-də Bakıda keçiriləcək.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0