Atletimiz B və A qrupunun nəticələrini gözləyir
17.09.2010 - 13:25
Bu gün Türkiyədə ağırlıqqaldırma üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 8 kişi və 2 qadın idmançı ilə qatıldığı yarışda 1 atletimiz çıxışını başa vurub.
48 kq çəki dərəcəsində Silviya Angelova mübarizə apardığı C qrupunda 4-ci yeri tutub. Milliləşdirilmiş legionerimiz birdən qaldırma yarışlarında 67 kq, təkanla qaldırmada 82 kq çəkini ram edib. 2 hərəkətin cəminə görə 149 kq çəkini başı üzərinə qaldıran təmsilçimiz liderdən 9 kq az çəkinin öhdəsindən gəlib.
Angelovanın yekunda hansı pillədə qərarlaşacağına isə onun çəkisində B və A qrupunda çıxış edəcək atletlərinin göstərəcəkləri nəticədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, bu gün daha bir Azərbaycan ağırlıqqaldıranı - Elmar Alıyev (56 kq) də podiuma çıxacaq.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0