Yığmamız dünya çempionatında 29 idmançı ilə mübarizə aparır
20.09.2010 - 17:09
Bu gün Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, 6 gün davam edəcək yarışda Azərbaycan yığması məşqçilər Hikmət Hacıyev və Rahim Allahverdiyevin rəhbərliyi altında 29 idmançı ilə qüvvəsini sınayacaq. Heyətdə ötən il WAKO Avropa və WPKA dünya çempionu, 63 kq çəki dərəcəsində yarışacaq Azərbaycanın idman ustası Ramil Həsənov və 2009-cu il WAKO Avropa çempionatının finalçısı 42 kq Ruslan Musayev də yer alıblar.
Qeyd edək ki, yığma hazırlığa 2 ay əvvəl start verib. Komandamız DİN-in İdman Cəmiyyətində məşq edib. Yığmamız yarışa Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və millinin rəisi Sadıx Bağırovun rəhbərliyi altında yollanıb.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0