Vaqif Cavadovun xəsarət yetirdiyi futbolçu həkimlərin icazəsini gözləyir
22.09.2010 - 09:40
Almaniya milli komandasının futbolçusu Per Mertezakerin yaşıl meydana qayıdışı yubanır. Apasport.az saytının məlumatına görə, yığmamızın hücumçusu Vaqif Cavadovun Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya millisi ilə görüşdə dirsəyi ilə ciddi xəsarət yetirdiyi “Verder”in müdafiəçisi Bundesliqanın V turunda “Hannover-96” klubu ilə görüşdə də meydana çıxa bilməyib.
Per zədədən sonra hələ də forma yığa bilməyib. Ona almacıq sümüyün qırılması və sol gözündə problemin yaranması diaqnozu qoyulub. Mertezaker nə vaxt komandasına kömək edəcəyini bilmir: “Zədədən sonra 10 gün məşq etmədim. Özümü hətta qoruyucu maskada meydana çıxmağa hazır saymıram. Həkimlərin icazəsini gözləyirəm”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0