Aleksandr Starkov “Qarabağ”ın futbolçusunu yanına çağırdı
24.09.2010 - 09:30
Ağdamın “Qarabağ” klubunun latviyalı futbolçusu Andrey Rubin növbəti dəfə yığmasına dəvət alıb. Bu haqda apasport.az saytına məlumat verən Rubin gələn ay millinin hər iki rəsmi oyuna çağırıldığını bildirib.
Sol cinah yarımmüdafiəçisi Latviyanın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Yunanıstanla səfər, bundan 4 gün sonra Gürcüstanla ev oyununda iştirak etmək üçün düşərgəyə yollanacağını bildirib: “Artıq bununla bağlı klubumuza faks gəldiyini dəqiq bilmirəm. Ancaq yığmamızın baş məşqçisi Aleksandr Starkov mənimlə əlaqə saxlayaraq, Yunanıstan və Gürcüstanla oyunlara dəvətli olduğumu dedi. Yığmadakılar burada çıxışım haqda məlumatlıdırlar. Düzdür, Azərbaycan çempionatının oyunlarını televiziya ilə izləmək imkanına malik olmasalar da, internetdən informasiya əldə edirlər. Starkov yayda “Qarabağ”ın heyətində Avroliqada oyunlarımızı televiziya ilə baxa bilib və çıxışımdan razıdır”.
Qeyd edək ki, Rubin ötən mövsüm oynadığı “İnter”in heyətində Azərbaycan çempionu olub.
Mehman SÜLEYMANOV

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0