Uğursuz Antalya səfəri
27.09.2010 - 10:11
Türkiyənin Antalya şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına lisenziya xarakterli yarış Azərbaycan yığması üçün uğursuzluqla yadda qalıb.
Belə ki, 2 qadın və 8 kişi atletlə mundiala qatılan komandamız Türkiyəni medalsız tərk edib. Yarışın son günü mübarizə aparan İntiqam Zairov (94 kq) 7-ci (175 kq + 211 kq = 386 kq), gürcü legionerimiz Tornike Kokaya (105 kq) 33-cü (145 kq + 185 kq = 330 kq) olub. Komandamızın yeni milliləşdirilmiş bolqarıstanlı üzvü Rumyana Petkovanın (75 kq) podiuma çıxmazdan öncə zədələndiyi dünya çempionatında təcrübəli atletimiz Əlibəy Səmədov (105 kq) sifariş verdiyi çəkini qaldıra bilmədiyi üçün çıxışını yarımçıq dayandırıb.
Qeyd edək ki, Azərbaycan yığması kişilərin komanda hesabında 16-cı, qadınların komanda hesabında isə 45-ci yeri tutub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0