Azərbaycan yığması dünya çempionatına medal qazanmaq üçün yollanmayıbmış
28.09.2010 - 14:14
“Biz dünya çempionatına medal qazanmaq üçün deyil, lisenziya xalları toplamaq üçün yollanmışdıq. Bunun üçün də idmançılarımızın burada çıxışını qənaətbəxş hesab etmək olar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.
O bildirib ki, az öncə Antalyada başa çatan mundialda ağırlıqqaldıranlarımız artıq kişilərin mübarizəsində 4, qadınların mübarizəsində 1 lisenziya normativini yerinə yetiriblər. Növbəti dünya çempionatında isə yığmamızın əsas hədəfi bu sayı artırmaq olacaq: “Biz dünya çempionatında kişilərin mübarizəsində 65 xal toplayaraq, 16-cı pillədə qərarlaşdıq. Bu, 4 lisenziyaya sahib olmağımız deməkdir. Qadınların yarışında isə komandamız 24-cü olub ki, bu da London-2012-yə 1 atletlə yollanmaq üçün kifayət edib. Lakin növbəti dünya çempionatında bu say arta bilər. Düzdür, maksimum lisenziya sayı 6-dır və bizə bunu qazanmaq bir qədər çətindir. Bunun üçün ilk “altılıq”da qərarlaşmalısan. Amma Olimpiadada kişilər arasında 5, qadınlar arasında isə 2 idmançı ilə təmsil olunmaq şansımız var. Əgər nəticələr bir qədər yaxşılaşsa, bu çətin olmayacaq”.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0