Avstriyalı prezident Azərbaycanla oyundan qələbə istəyir
04.10.2010 - 17:38
“Azərbaycanla oyunda vəziyyətdən asılı olmayaraq, qələbə qazanmaq istəyirik”. apasport.az saytının xəbərinə görə, bunu Avstriya Futbol Federasiyasının prezidenti Leopold Vindtler deyib.
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 8-də yığmamız Avstriya milisi ilə qarşılaşacaq. Artıq milli komandamız 2 gündür ki, adıçəkilən ölkədə oyunun hazırlığını davam etdirir. Millimizlə doğma meydanda qarşılaşacaq avstriyalılar Qazaxıstanla oyundakı nəticəni təkrarlamaq istəyirlər: “Qazaxıstanla oyunda məqsədimizə çatdıq. Bu seriyanı Azərbaycanla oyunda da davam etdirmək niyyətindəyik. Düzdür, Qazaxıstanı hakimin oyuna əlavə etdiyi dəqiqələrdə məğlub etdik. Bizim üçün B, C planı yoxdur. İnkişaf etmək və xal ehtiyatımızı artırmaq üçün imkanlarımız var. Bunun üçün sona qədər mübarizə aparacağıq”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0