“Azərbaycan yığmasında çox istedadlı futbolçular yoxdur”
07.10.2010 - 10:30
“Bu tur turnirlərdə heç bir oyun asan keçməz. Azərbaycan yığmasının çox istedadlı futbolçuları yoxdur, ancaq meydanda onlar qədər mübarizə aparmalısınız”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının futbolçusu Tuncay Şanlı deyib.
İngiltərənin “Stok Siti” klubunun hücumçusu “ay-ulduzlular”ın əsas qol ümidlərindən sayılır. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Almaniya, oktyabrın 12-də Azərbaycan yığması ilə səfər oyununun iştirakçısı olacaq Tuncay zəif rəqiblə görüşə ciddi yanaşmamağı düzgün saymır: “Hər rəqibə hörmət etmək məcburiyyətindəyik. Bu, gərəkli işdir. Əks təqdirdə cəzalandırılacaqsan. Bu səbəbdən meydanda bizim görəcəklərimiz çox önəmlidir”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0