Avropa çempionumuz titulunu qoruya bilmədi
08.10.2010 - 12:13
Xorvatiyada usta cüdoçular arasında start götürən Avropa çempionatının ilk günündə Azərbaycan yığmasının üzvü fəxri kürsüyə yüksəlməyi bacarıb. Apasport.az saytının məlumatına görə, çəkisi 90 kq olan cüdoçular arasında mübarizə aparan Fərhad Rəcəbli komandamıza gümüş medal qazandırıb.
İlk görüşdə fransalı Jan-Miçel Pugetə qalib gələn veteran idmançımız ikinci qarşılaşmada rusiyalı Mixael İliniçi məğlub edib. O, daha sonra yarımfinalda Stojan Kramarı (Sloveniya) 1 dəqiqə 36 saniyəyə ippona salıb. Təəssüf ki, təmsilçimiz bu uğurunu finalda davam etdirə bilməyib. Son Avropa çempionatının qalibi olan Rəcəbli italiyalı Pietro Melloneyə uduzaraq, titulunu əldən verərək ikinci yeri tutub.
Qeyd edək ki, 3 gün davam edəcək yarışda Azərbaycan yığması 9 cüdoçu ilə təmsil olunur.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0