Qus Hiddink: Berlindəki səhvləri Bakıda təkrarlamayacağıq
11.10.2010 - 18:14
“Sabah keçiriləcək oyuna tam hazırıq. Bakıdan 3 xalla qayıtmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycanla oyun öncəsi mətbuat konfransı keçirən Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkə məxsusdur.
Hollandiyalı mütəxəssis bildirib ki, Almaniyaya 0:3 hesabı ilə məğlubiyyətdən dərs çıxarıblar və Berlindəki matçda buraxılan səhvləri Azərbaycanla görüşdə təkrarlamayacaqlar: “Qrup mərhələsinə iddialı başlamışdıq. Almaniya ilə qarşılaşmaya qədər hər şey yaxşı gedirdi. Lakin həmin matçda yaxşı oynamadıq. Rəqibə qarşı az mübarizə apardıq. Komandada bunu müzakirə etmişik və sabah keçiriləcək oyunda bu səhvləri düzəldəcəyik. Bakıya gətirdiyimiz heyətdə zədə ilə bağlı problemimiz də yoxdur. Hər oyuna isə rəqibə münasib taktika ilə çıxdığımızdan sabah 4-4-2, 4-3-3 və ya digər taktika da ola bilər. Bunu açıqlamaq istəmirəm. Azərbaycan yığmasının oyununu canlı və videoyazısını izləmişəm. Evdə əzmkar mübarizə aparır. İnanıram ki, sabah da istisna olmayacaq və təcrübəli futbolçular oyunu öz üzərlərinə götürəcəklər”.
Qeyd edək ki, Azərbaycan – Türkiyə oyunu oktyabrın 12-də keçiriləcək.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0