Oliver Kan: Türkiyə Azərbaycanın necə futbol oynadığını öyrəndi
13.10.2010 - 12:37
“Hər rəqibə ciddi yanaşmaq lazımdır. Heç kimə yuxarıdan-aşağı baxmaq düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya yığmasının sabiq qapıçısı Oliver Kan deyib.
Əfsanəvi qapıçı Avro-2012-in qrup mərhələsində Azərbaycan - Türkiyə görüşünə münasibət bildirib: “Zəif hesab olunan komandalar güclü rəqiblərinə qarşı həmişə var gücləri ilə mübarizə aparırlar. Onlar bəzən bu oyunlarda qiymətləndirilmədikləri üçün adlı-sanlı yığmalara başağrısı olurlar. Türklər də Azərbaycanın zəif oynadığını fikirləşmiş və onları asan məğlub edəcəklərini planlaşdırırlarmış. Lakin bu görüşdə azərbaycanlılar necə futbol oynadıqlarını türklərə göstərdi”.
Qeyd edək ki, Azərbaycan Türkiyəni Bakıda 1:0 hesabı ilə məğlub edib.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0