Yoahim Löv Bakıda partlayış gözləyirmiş
13.10.2010 - 12:54
“4 oyundan 12 xal topladığımız və qrupun vahid lideri olduğumuz üçün çox sevincliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
O, qrupda keçirilən digər matçlarda qeydə alınan nəticələrlə bağlı fikirlərini də açıqlayıb. Bundestimi dünya üçüncüsü edən mütəxəssis bildirib ki, Azərbaycan – Türkiyə oyununda həmyerlilərimizin rəqibi xalsız yola salmasını komandası üçün sürpriz olub: “Türkiyənin Azərbaycana uduzması məni çox təəccübləndirdi. Çünki “ay-ulduzlu” komanda bizə uduzduqdan sonra Azərbaycanda partlayış edəcəyini gözləyirdim. Lakin Berti Foqtsun komandası qələbə qazandı. Türkiyə futbolçularının vətənlərinə xalsız dönməsi isə bizim üçün çox gözəl oldu”.
Xatırladaq ki, Türkiyə yığması Azərbaycandan öncə Almaniya komandasına 0:3 hesabı ilə uduzmuşdular.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0