Almaniya mətbuatı: Berti Foqts bizə böyük kömək etdi
13.10.2010 - 13:27
“Azərbaycan Türkiyəyə şok yaşatdı. Bununla, Berti Foqts Avro-2012-nin seçmə mərhələsində Almaniya yığmasına böyük kömək etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan – Almaniya matçının canlı yayımı zamanı ZDF televiziya kanalının şərhçisi deyib.
Almaniyalı həmkarımız Azərbaycan – Türkiyə görüşünün nəticəsini sensasiya kimi qiymətləndirib. O bildirib ki, bu qələbədə Berti Foqtsun da böyük əməyi var: “Milli komandamızın sabiq baş məşqçisi Foqts qrupun zəif yığması – Azərbaycanla Türkiyəyə qalib gələrək böyük bir sürprizə imza atdı. Almaniyanın qrupdakı ən çətin rəqibi 4 gün içərisində ikinci məğlubiyyətini alaraq birincilik şansını azaltdı”.
Qeyd edək ki, Türkiyə Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olduqdan sonra 6 xalla 3-cü pillədədirlər. Onları lider Almaniyadan 6 xal ayırır.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0