Milli komandamızın baş məşqçisi istefaya göndərildi
18.10.2010 - 17:18
Azərbaycan Boks Federasiyası (ABF) milli komandamızın kubalı baş məşqçisi Xesus Yu Polierlə yollarını ayırıb. Bu haqda Lent.az-a ABF-nin I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
Onun sözlərinə görə, Polierlə bu yaxınlarda başa çatan 1 illik müqavilənin uzadılmamasına qərar verilib. Burada kubalı mütəxəssisin yaşının çoxluğu da az rol oynamayıb: “Xesusun yaşı artıq 70-i keçmişdi. Kuba hökuməti isə 70 yaşdan yuxarı vətəndaşlarının xaricdə çalışmasına icazə vermir”.
Xesus Yu Polierlə birgə ölkəmizə gələn Lazaro Ximenes Martinesin müqaviləsi isə noyabrda başa çatacaq. Abıyev Martineslə bağlı hələlik qərar vermədiklərini əlavə edib.
Qeyd edək ki, kubalı mütəxəssislərin fəaliyyəti dövründə iki aparıcı boksçumuz – Samir Məmmədov (51 kq) və Elçin Əlizadə (91 kq) Azərbaycan millisindən kənarlaşdırılıblar. Səbəb kimi Məmmədovla Əlizadənin nizam-intizamı pozduqları göstərilib. Yığmamız isə iyunda Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatını cəmi bir gümüş medalla başa vurub. Yeganə medalı Elvin Məmişzadə (48 kq) qazanıb.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0